Bizim haqqımızda

“Baku Universal Supply” MMC (B.U.S) neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərin neft-mədən avadanlıqları təchizatçısıdır. Hədəfimiz bu sektorda əməkdaşlıq etdiyiniz təchizat şirkətləri arasında ən yaxşı olmaqdır. B.U.S LLC Azərbaycanın enerji sənayesində çalışan bir çox şirkətləri neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır. “Baku Universal Supply” Azərbaycanın enerji sənayesində çalışan bir çox şirkətləri neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır. B.U.S LLC neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və terminalların istismarı sahəsində istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların etibarlı təchizatçısıdır.

B.U.S LLC sifariş edilən avadanlıqları ABŞ, Avropa, MDB və digər ölkələrin tanınmış şirkətlərdən müvafiq zəmanətlə əldə edir, ölkəyə idxal edir və sifarişçi şirkətə çatdırır.  B.U.S işçi heyəti artıq 15 ildən çoxdur ki, bu sahədə çalışır.

B.U.S LLC şirkətinin missiyası – sürətlə inkişaf edən və beynəlxalq aləmdə aparıcı enerji ölkəsi kimi tanınan Azərbaycanda neft-qaz sahəsində çalışan şirkətləri təhlükəsiz, etibarlı və sərfəli avadanlıqlarla təchiz etməkdir.

Partnyorlar